Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

* nikaha daxil olan şəxslərin yazılı razılığı; ƏRİZƏ
* nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
* xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
* subaylıq haqqında arayış;
* dövlət rüsumunun ödənilməsi barədə qəbz
* əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə - 35 avro






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.