Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının , soyad dəyişdirilməsinə yol verilmir.

Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:

Ərizə (nümunəsi əlavə olunur);

- ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

- şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;

- Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda 40 Avro dövlət rüsumunun ödənilməsinə dair qəbz;

(Bank Austria UniCredit Group, Austria, Vienna, Account: 01753297901, IBAN: AT39 1100 0017 5329 7901, S.W.I.F.T: BKAUATWW)






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.