Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1. Vətəndaşın ərizəsi;

2. Şəxsiyyəti təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);

3. Yaşayış yeri haqqında arayış ( Meldebescheinigung);

4. Ərizəçinin AFR-da daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi (Aufenthalterlaubnis, Niederlassungserlaunis);

5. Səfirliyin bank hesabına 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz; (Bank Austria UniCredit Group, Austria, Vienna, Account: 01753297901, IBAN: AT39 1100 0017 5329 7901, S.W.I.F.T: BKAUATWW)

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin(arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Qeyd 2: Xarici dillərdə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.