Pasportların dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının dəyişdirilməsi

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket; (ərizə-anket forması) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 və 1.9 saylı qrafalardakı suallara tam cavab verin və 1.9 saylı qrafanın altında (Şəxsi imzası) və 16 saylı qrafada imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə; (Nümunə)
Ərizə notariat qaydada təsdiq olunmalı və nümunədə göstərilən məlumatlar öz əksini tapmalıdır (sənədlər ərizəçinin özü tərəfindən Səfirliyə şəxsən təqdim edildiyi zaman ərizənin notarial qaydada təsdiq olunmasına ehtiyac yoxdur):

3. 4 ədəd rəngli donuq fotoşəkil (35 mm x 45 mm); Başı örpəkli şəkillər qəbul olunmur.

4. Pasportun əsli;
Pasportun əslindən əlavə olaraq pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis) olduğu səhifələrin surətləri;

5. Doğum haqqında şəhadətnamənin surəti;

6. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi;
(Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis)

7. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 45,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;

8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir!
Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.

9. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun qəsdən korlanmasına və itirilməsinə görə (ümumvətəndaş pasportunun yararsız hala düşməsinin səbəbi kimi belə fakt müəyyən olunduqda) inzibati cərimənin ödənilməsi haqqında qəbz. Bunun üçün aşağıdakı bank hesabına 30 avro məbləğində cərimə ödənilməlidir:

10. Ümumvətəndaş pasportu itdiyi və ya oğurlandığı hallarda yaşadığınız yerin polis idarəsindən pasport itdiyi üçün müraciət etdiyinizə dair arayış və onun Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi;

11. Konsulluq qeydiyyatı haqqında ərizə-anket (Anket)

12. 5,00 Avro məbləğində poçt markası və üzərində Sizin ünvanınız yazılmış boş zərf.

Qeyd: Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlər iki (2) nüsxədə göndərilməlidir.

Qeyd 1:
Soyad dəyişdirildiyi təqdirdə yuxarıda qeyd edilən sənədlərə soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin (Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş) surəti əlavə olunmalıdır. Soyadın dəyişdirilməsi haqqında Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəhadətnamə olmadığı təqdirdə Səfirlik tərəfindən "Soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə" alınmalıdır.
Nikahla əlaqədar soyad dəyişdirilibsə aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Soyadın nikahla əlaqədar dəyişdirilməsinə dair ərizə (sərbəst formada);
2. Nikah haqqında şəhadətnamənin surəti;
3. Doğum haqqında şəhadətnamənin surəti;

Qeyd 2:
Soyadın dəyişdirildiyi təqdirdə vətəndaşın Azərbaycan Respublikasında almış şəxsiyyət vəsiqəsi geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Şəxsiyyət vəsiqəsinin əsli;
2. Azərbaycan Respublikası DİN Baş Pasport və Qeydiyyat İdarəsinin rəisinin adına ərizə (Nümunə-Ərizə)






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.