Azərbaycan Respublikasi vətəndaşinin pasportunun dəyişdirilməsi və rəsmiləşdirilməsi qaydası

         

AZƏRBAYCAN RESPUBLİKASININ SƏFİRLİYİ VYANA


Azərbaycan Respublikası vətəndaşının pasportunun 

dəyişdirilməsi və rəsmiləşdirilməsi qaydası


Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddətinin keçməsinə 1 il qalmış onu yenisi ilə əvəzləmək üçün aşağıda göstərilən sənədləri Səfirliyə təqdim etməlidir. Pasportu dəyişdirmək və yaxud rəsmiləşdirmək hüququna yalnız konsulluq qeydiyyatında olan şəxslər malikdirlər. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır. 

Diqqət!!! Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti uzadılmır.

1. Ərizə-anket;


Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada  imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;

3. Rəngli fotoşəkil (35 mm x 45 mm); 


4. Pasportun əsli və surəti;

* Yaşadığınız ölkənin səlahiyyətli orqanının verdiyi yaşayış üçün icazə sənədinin (A, B, C kateqoriyalı vizalardan başqa) surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi;

* Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 45,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (rüsum ödənilərkən qəbzdə Ad və Soyad qeyd edilməlidir);


Səfirliyin Bank rekvizitləri : 


Embassy of the Republic of Azerbaijan, 
Austria, 1130 Vienna, Hügelgasse 2, 
Bank Austria UniCredit Group, Austria, Vienna, 
Account: 01753297901, 
IBAN: AT39 1100 0017 5329 7901 
S.W.I.F.T: BKAUATWW

1. Əgər nikahla əlaqədar yeni pasportda soyad dəyişdirilirsə, onda nikah qeydinin aparılması haqqında sənədin surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi, habelə Səfirliyin Konsulluq şöbəsi tərəfindən verilmiş “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin” surəti;

2. Avstriya, Slovakiya və yaxud Sloveniyada yaşayan 18 yaşına çatmamış uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər:


a) Doğum haqqında şəhadətnamənin surəti;
b) 2 rəngli fotoşəkil (35 mm x 45 mm);
c) Uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları notarius tərfindən təsdiq olunmalı və azərbaycan dilinə tərcümə olunmalıdır və ya valideynlərin imzalarının həqiqliyi Səfirliyin Konsulluq şöbəsi tərəfindən təsdiq olunmalıdır);
d) Nikah qeydi pozulmuşsa, Sizin ailə vəziyyətini təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamənin, məhkəmə qərarının və s.) surətləri;

3. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsinin AR Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli. Qəbzdə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ölkədə ünvanınız göstərilməlidir.

 

Beneficiary Bank              The International Bank of Azerbaijan
S.W.I.F.T. Code                    IBAZAZ2X
Beneficiary                         TREASURY DEPARTMENT OF
                                               CENTRAL GOVERNMENTAL
                                               ORGANIZATIONS (XIN)
Beneficiary account         COR-328518-EUR-3211-01

 

18 yaşına çatmış vətəndaşlar üçün pasportların rəsmiləşdirilməsi


Azərbaycan Respublikası vətəndaşının 18 yaşı tamam olduqda ona ümum vətəndaş pasportu rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər. 

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket;

Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada  imza edin. 


2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;  

3. 2 rəngli fotoşəkil (35 mm x 45 mm); 

4. Doğum haqqında şəhədətnamənin əsli və ya təsdiq edilmiş surəti; 

5. Qan qrupu haqqında arayış və onun tərcüməsi; 

6. Ərizəçinin valideyninin pasportunun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin azərbaycan dilinə; 

7. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi; 

8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 33,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (qəbzin iki surətində Soyad və sd göstərilməlidir);
 

Səfirliyin Bank rekvizitləri : 


Embassy of the Republic of Azerbaijan, 
Austria, 1130 Vienna, Hügelgasse 2, 
Bank Austria UniCredit Group, Austria, Vienna, 
Account: 01753297901, 
IBAN: AT39 1100 0017 5329 7901 
S.W.I.F.T: BKAUATWW 

9. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir! 
Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.


Beneficiary Bank                                      The International Bank of Azerbaijan
S.W.I.F.T. Code                                            IBAZAZ2X
Beneficiary                                                 TREASURY DEPARTMENT OF
                                                                       CENTRAL GOVERNMENTAL
                                                                       ORGANIZATIONS (XIN)
Beneficiary account                                   COR-328518-EUR-3211-01

10. Inzibati cəza “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.


Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 331) əsasən, vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə


- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);
- Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən 20 avro miqdarda inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.


Cərimə ödənilməsi üçün bank rekvizitləri aşağıdakılardır: 

Beneficiary: State Treasury Agency
Beneficiary’s Bank: Central Bank of Republic of Azerbaijan
Beneficiary’s account No: 0132130001954
SWIFT code: NABZAZ2X
Bank address: Azerbaijan, Baku, R.Behbudov str. 32, AZ 1014


Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşının pasportu xarici ölkə ərazisində yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya vətəndaş vəfat etdikdə müvafiq pasport dərhal Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının müvafiq ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verilməlidir.






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.