Azərbaycan Respublikası vətəndaşlığından çıxılması

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır. Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin üşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 3 rəngli fotoşəkil (35 mm x 45 mm);

2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;

3. 4 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); (Şəkillərin anketlərə yapışdırılmasını xahiş edirik.)

4. 400,00 $ dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;

5. Sizin şəxsiyyətinizi və vətəndaşlığınızı təsdiq edən sənədlərin surətləri (doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və s.);

6. Tərcümeyi-hal;

7. Avstriya rəsmi orqanları tərəfindən Sizin alman vətəndaşlığına qəbul edilməniz üçün verilmiş təminatın əsli (Einbürgerungszusicherung);

8. Yaşayış haqqında arayış (Meldebescheinigung);

9. Ərizəçinin Avstriyada yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi;
(Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis)

10. Alman dilində təqdim olunan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 4 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır. Eyni zamanda vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüter vasitəsilə yazılmasını xahiş edirik.

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması ilə bağlı müraciətlərə 6 ay- 24 ay müddətinə baxılır.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

* * *

Staatsangehoerigkeit1.pdf

Staatsangehoerigkeit2.pdf

Staatsangehoerigkeit3.pdf

Staatsangehoerigkeit4.pdf






COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.