Novruz celebration in the Embassy

18 mart 2014-cü il tarixində Vyanada Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində Avstriya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Novruz bayramı münasibətilə ziyafət təşkil olunmuşdur. Səfir Qalib İsrafilov və Dostluq Cəmiyyətinin sədri, Avstriya Ali Məhkəməsinin keçmiş sədri Dr. Yohann Reşutun giriş sözlərindən sonra, musiqişünas Fərəh Tahirova tədbir iştirakçılarına Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat vermişdir.

Tədbir çərçivəsində iki ölkənin incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək, Azərbaycan xalq mahnılarını və ölkəmizin görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Tofiq Quliyevin əsərlərini ifa etmişlər. Daha sonra qonaqlara milli mətbəx nümunələri təqdim olunmuşdur.

Tədbirdə Avstriya dövlət qurumlarının, Vyanada yerləşən beynəlxalq təşkilatların və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avstriyada yaşayan Azərbaycanlılar iştirak etmişdir.








COMMUNITY

TwitterYouTube

Follow us on:


TWITTER FEED


LINKS

CONTACT US

Hügelgasse 2, A-1130 Vienna, Austria

Tel: +43 (1) 4031322, Fax: +43 (1) 4031323, vienna@mission.mfa.gov.az

Copyright © 2017, Embassy of the Republic of Azerbaijan in Austria. All rights reserved.